Meliorasiya
Elmi - Tədqiqat İnstitutu
Meliorasiya
Elmi - Tədqiqat İnstitutu
Meliorasiya Elmi - Tədqiqat İnstitutu

Haqqımızda

Əsas fəaliyyəti meliorasiya və su təsərrüfatı sahəsində mövcud olan problemlərin həlli istiqamətində elmi-tədqiqat işlərinin yerinə yetirilməsindən, müvafiq mühəndisi-meliorativ və hidrotexniki tədbirlərin işlənib hazırlanmasından və istehsalata tətbiqindən ibarətdir. Nəzdində Muğan, Abşeron və Şirvan təcrübə stansiyaları, təcrübə-istehsalat müəssisəsi fəaliyyət göstərir.

  • Fəaliyyət
  • Struktur
  • Rəhbərlik
  • Nailiyyətlər

İnstitutun əsas fəaliyyəti meliorasiya və su təsərrüfatı sahəsində mövcud olan problemlərin həlli istiqamətində elmi-tədqiqat işlərinin yerinə yetirilməsindən, müvafiq mühəndisi-meliorativ və hidrotexniki tədbirlərin işlənib hazırlanmasından və istehsalata tətbiqindən ibarətdir.

Elmi tədqiqatların əsas istiqamətləri:

  • Respublikanın arid zonaları üçün torpaq qruntlarının su-duz rejiminin tənzimlənməsi üsullarının və vasitələrinin işlənib hazırlanması;
  • Meliorasiya olunan torpaqların intensiv istifadəsinin və onun elmi əsaslarının işlənib hazırlanması;
  • Hidrotexniki qurğuların təkmilləşdirilməsi və yeniləşdirilməsi;
  • Suvarma rejiminin işlənib hazırlanması;
  • Su sərfiyyatının hesablama üsullarının, kənd təsərrüfatı bitkilərinin müxtəlif təbii-təsərrüfat şəraitlərində becərilmə texnikası və texnologiyasının işlənilməsi və s
  • Struktur dəyişikliyi çərçivəsində büdcə vəsaitindən səmərəli və qənaətlə istifadə, vəzifə və funksiyaların yerinə yetirilməsi istiqamətində pərakəndəliyin aradan qaldırılması, müasir tələblər səviyyəsində çevik addımların atılması nəzərə alınmaqla “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin vəzifə və funksiyaları “Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutu”na həvalə olunub.

    Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də struktur dəyişikliyi çərçivəsində “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun və “Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin vəzifə və funksiyaları “Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutu”na həvalə olunub. Müəssisələr son 3 il ərzində müvafiq sahələrdə bir çox nailiyyətlər əldə etmişdir.

    Meliorasiya Elmi Tədqiqat İnstitutu

    Elmi Nailiyyətlər

    İnstitutun fəaliyyət dövründə müvafiq sahələrdə əldə edilmiş elmi nailiyyətlər

    “Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat” Birliyinin nailiyyətləri

  • Şorlaşmış torpaqların genezisi, diaqnostikası, təsnifatı və meliorativ vəziyyətinin qiymətləndirilməsi” (differensiasiya olunmuş rəhbərlik)
  • “Seldənmühafizə hidrotexniki qurğuların layihələndirilməsi üçün qayda və normalar”
  • “Kənd təsərrüfatı bitkilərinin suvarma rejimi, onların operativ korrektə və idarə olunmasına dair tövsiyə”
  • “Qeyri-ənənəvi sulardan suvarmada istifadəyə dair qaydalar (çirkab və kollektor-drenaj sularının timsalında)”
  • “Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarına dair metodiki vəsait”
  • “Suvarma suyunun uçotu və onun ölçülməsinə dair tövsiyə”
  • Birliyin tabeliyində fəaliyyət göstərən təcrübə-tədqiqat bazalarında şorlaşmış torpaqların meliorasiyası istiqamətində aparılmış uzunmüddətli tədqiqatların yekunlarının ümumiləşdirilməsi istiqamətində Azərbaycan və rus dillərində olmaqla 3 monoqrafiya (6 kitab), yalnız azərbaycan dilində isə 2 monoqrafiya, 1 dərslik, 1 praktiki rəhbərlik və 1 qayda, Birliyin “Elmi əsərlər toplusu”nun XL-XLII cildləri çap edilmiş
  • 11 məqalə və tezis xarici jurnal və toplularda, o cümlədən 1 məqalə Web of Science (www.tomsonreuters.com) Citation Index jurnalda olmaqla, 116 məqalə dərc edilmiş, 6 patent alınmış, 2019-2021-ci illərdə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri əsasında 30 aralıq, 13 yekun elmi-texniki hesabat, 1 konsepsiya, 11 tövsiyə, 2 istismar qaydası, 1 metodika, 1 norma işlənilib hazırlanmış və tətbiq üçün istehsalata təqdim olunmuşdur
  • “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri” İnstitutunun nailiyyətləri

  • “Çayların mühafizəsi və tullantı sularının təkrar istifadəsi məqsədilə təmizlənməsi (Kür çayı hövzəsi timsalında)”, “Hidrotexniki qurğuların təhlükəsizliyi”, “Samur-Abşeron kanalının baş durulducusu”, “Dağ və dağətəyi suqəbuledici qurğular”, “Çayların və süni torpaq məcraların hidromorfologiyası” adlı 5 kitab
  • “Suvarma sistemlərində su itkilərinin hesablanması “, “Su təsərrüfatı balanslarının işlənib hazırlanması üzrə metodika”, “Çirkli sulardan suvarmada istifadə” adlı 3 broşura, “Su ehtiyyatlarının səmərəli və kompleks istifadəsinin müasir problemləri” adlı 2 elmi məcmuə
  • 87 məqalə, 25 aralıq və 11 yekun elmi-texniki hesabat hazırlanaraq istehsalata təqdim edilmişdir
  • AzETSPİ hazırladığı elmi-tədqiqat işləri 60 müəlliflik şəhadətnaməsi almış, 4 ixtira isə texniki elmlər doktoru İ.S.Babayevin rəhbərliyi altında yüksək bulanıqlı suların təmizlənməsi sahəsində dünyada suyun təmizlənməsi praktikasında ilk dəfə olaraq xüsusi əhəmiyyət kəsb edən yeni texnologiya yaradılmış, müxtəlif konstruksiyalı qurğular (üzən suqəbuledici durulducular , AzNİİ VP-2, AzNİİ VP- 3 tipli nazik təbəqəli durulducular , <> tipli üzən su təmizləyici qurğu ,müxtəlif konstruksiyaya malik seolit yükündən ibarət süzgəc qurğuları) işlənib hazırlanmışdır. Bu texnologiya respublikanın Sabirabad, Salyan–Astara,Şirvan qrup su kəmərlərində və 20-dən çox su təchizatı obyektində, Rusiya Federasiyasının daşkömür mədənlərində sularının təmizlənməsində, Qırğızıstanın Oş, Taş–Kumar və Kızıl-Kaya şəhərlərinin su təchizatında, Özbəkistanın və Türkmənistanın 4 su təchizatı obyektində, Bolqarıstanın Etrapol şəhərinin içməli su təchizatında tətbiq olunmuşdur.
  • Meliorasiya Elmi Tədqiqat İnstitutu

    Meliorasiya Xidmətləri

    MELİORASİYA ELMİ TƏDQİQAT İNSTİTUTU

    Təlim xidmətləri

    Sudan istifadə planlarının
    tərtib edilməsi

    Suyun götürülməsi və tələbatçıya
    verilmə şərtləri

    Suyun sürətinin, sərfinin ölçülməsi və hesablanması qaydaları

    Kollektor-drenaj şəbəkəsinin
    effektivliyinin təyini

    Müasir suyaqənaətedici texnologiyaların tətbiqi




    Suölçən cihaz, qurğu və avadanlıqların təyin edilməsi üsulları eləcə də avadanlıqların istifadə və istismar qaydaları

    Şorlaşmış və şorakətləşmiş ərazidə duza davamlı bitkilərin əkilməsi, meliorantların və gübrələrin verilməsi qaydaları

    Şorlaşmış və şorakətləşmiş torpaqların yaxşılaşdırılması üzrə kompleks aqromeliorativ tədbirlərin tətbiqi üsulları

    Torpaqların mühafizəsi, onlardan yüksək məhsul alınması məqsədilə zəruri aqrotexniki və aqromeliorativ tədbirlərin hazırlanması

    Damcı suvarma üsulunun tətbiqi ilə nümayiş meydançalarının yaradılması


    MELİORASİYA ELMİ TƏDQİQAT İNSTİTUTU

    Laboratoriya xidmətləri


    Ərazilərdən torpaq və su analizlərinin götürülməsi


    Torpaq və suyun tam analizlərinin aparılması


    Suyun mikrobioloji analizlərinin aparılması


    Torpaq və suyun standartlara uyğunluğunun qiymətləndirilməsi

    MELİORASİYA ELMİ TƏDQİQAT İNSTİTUTU

    Bizimlə
    Əməkdaşlıq

    İnstitut öz peşəkar və keyfiyyətli xidmət sahələri ilə daim əməkdaşlıqlarını davam etdirir. Fəaliyyətində bir çox yerli və beynəlxalq qurumlar ilə birgə uğurlu layihələrin müəllif və tərəfdaşı olmuşdur.

    • Beynəlxalq təcrübə

    • Peşəkar və operativ xidmət

    Uğurlu və proqressiv əməkdaşlıq

    #METİ

    Bizimlə Əməkdaşlıq üçün

    Ünvan

    AZ1130, Bakı şəhəri,
    8-ci mkr., İ.Dadaşov küç. 324